Kiriakos Mitsotakis COP29-u ziyarət etdi

COP

13.11.2024 10:29

“Mən digər ölkələrə səyahət edən zaman olduqca nikbin oluram. COP29-la bağlı da nikbin fikirlərim var”. 

TodayPress xəbər verir ki, bunu jurnalistlərə verdiyi açıqlamada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis deyib. 

“Biz bu gün ciddi iqlim böhranı ilə qarşılaşırıq və hamımız başa düşürük ki, həm iqlim keçidini sürətləndirməli, həm də uyğunlaşmaya daha çox diqqət yetirməliyik. Çünki iqlim böhranı bu gün bizimlədir. Bu, təkcə 2050-ci ilə qədər xalis sıfıra çatmaq məsələsi deyil, həm də 2024 və 2025-ci illərdə vətəndaşlarımızı qorumaq üçün də vacib olan məsələlərdəndir. Biz əlimizdən gələnin ən yaxşısını etməyə borcluyuq”. 

Töhfə Səməd

tag: Yunanıstan, Baş Nazir,Kiriakos Mitsotakis ,COP29,İqlim Böhranı, todaypress.az,