Kanako Mabuçi: "COP29-da iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsait artırıla bilər"
COP
10.06.2024 14:18
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris Sazişi çərçivəsində iqlim dəyişikliyi ilə mübarizəyə ayrılan vəsaitin artırılması haqqında qərar qəbul oluna bilər.
TodayPress xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi deyib.
"COP29 əslində sadəcə bir konfrans deyil, bir prosesdir və bu ilki tədbirdən bəzi nəticələr gözlənilir. Bunlardan biri maliyyə məsələsidir. Belə ki, 2015-ci ildə Paris Sazişini imzalayan tərəflər üzərinə belə bir öhdəlik götürdü ki, hər il bu sahəyə ayrılacaq vəsait 100 milyard ABŞ dolları həcmində olacaq. COP29-da bu rəqəmə yenidən baxılacaq və düşünürük bu rəqəm artırılacaq. Baxmayaraq ki, Azərbaycan bu tədbirə ev sahibliyi edir qərar bütün iştirakçılar tərəfindən veriləcək" deyə o qeyd edib.
tag: Kanako Mabuçi, COP29, BMT, Paris, todaypress.az,