İsxak Hersoq: "COP29-da iştirakı səbirsizliklə gözləyirəm"
COP
27.05.2024 19:26
İsrail Dövlətinin Prezidenti İsxak Hersoq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün ona göndərilən dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib.
TodayPress xəbər verir ki, İsrail lideri bunu Azərbaycanın Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə ünvanladığı təbrik məktubunda deyib.
"İqlim dəyişikliyi ilə bağlı məsələlərin həlli yollarının tapılmasına
yönəlmiş bu mühüm beynəlxalq toplantıya ev sahibliyi etməyə hazırlaşdığınız
vaxtda Sizə uğurlar arzulayıram. Mən şəxsən bu ilin sonunda bu mühüm tədbirdə
iştirakı səbirsizliklə gözləyirəm", - məktubda qeyd olunub.
tag: İsrail, Azərbaycan, COP29, todaypress.az,