İnger Andersen: "İqlim böhranı dövrü gəlib"
COP
24.11.2024 14:45
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) quracağımız gələcəyin təməli qoyulub.
TodayPress xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen Bakıda COP29-un yekunları ilə bağlı bildirib.
O qeyd edib ki, BMT iqlim dəyişikliyi ilə mübarizədə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə daha şəffaf və inklüziv maliyyələşməyə nail olmalıdır.
"İqlim böhranı dövrü gəlib. COP29 zamanı razılaşma əldə olunub. Tədbirlər görülməsə, iqlim dəyişikliyi daha da güclənəcək. COP29-da üzərində quracağımız təməl qoyulub. BMT-nin Ətraf Mühit Proqramı bütün maraqlı tərəflərlə işləməyə davam edəcək ki, maliyyələşmənin ən səmərəli şəkildə, yerlərdə ona ən çox ehtiyacı olan icmalar üçün maksimum bölüşdürülməsini təmin etsin" deyə İ.Andersen vurğulayıb.
tag: Bakı,BMT,COP29,UNEP,İnger Andersen,Ətraf Mühit Proqramı,todaypress.az,