Hindistanlı nazir: “Daha əvvəl verilən vəd və öhdəliklər yerinə yetirilməlidir”
COP
19.11.2024 12:45
“COP29 çox uğurla davam edir. Hər kəsin, xüsusən də inkişaf etməkdə olan ölkələri və Qlobal Cənub ölkələrini maraqlandıran nəticələrə çatdıq”.
Bunu TodayPress-ə verdiyi açıqlamasında Hindistanın ətraf mühit, meşələr və iqlim dəyişmələri üzrə naziri Şri Kirti Vardhan Sinq deyib.
Onun sözlərinə görə, Hindistan bu COP-dan çox müsbət nəticələr gözləyir.
“Biz burada İqlim dəyişikliyi tədbirləri və təsirin azaldılması üzrə uyğunlaşma planlarımızı irəli apara bilək” deyə o, bildirib.
Nazir bildirib ki, bütün inkişaf etməkdə olan ölkələr kimi, Hindistanın da gözləntisi digər ölkələrlə eynidir: daha əvvəl verilən vəd və öhdəliklər, xüsusən də Paris Sazişində qeyd edilənlərin həyata keçməsi.
Töhfə Səməd
tag: Hindistan, COP29, Tədbir,Nazir, Şri Kirti, todaypress.az,