Hikmət Hacıyev COP29-u ziyarət etdi

COP

12.11.2024 09:29

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29-u ziyarət edib. 

TodayPress xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Emənistanın COP29-da iştirak etməməsinə diqqət çəkib: 

"Təəssüflə qeyd edim ki, Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmir. Azərbaycan konvensiyanın üzvü olaraq bütün tərəflərə dəvət göndərib" deyə o əlavə edib. 

Günəş Mərd

tag: Azərbaycan, Prezident, COP29, Hikmət Hacıyev,BMT, Ermənistan, todaypress.az,