Haider Malik: “İqlim diplomatiyası qlobal əməkdaşlıqda əhəmiyyətli rol oynayır ”

COP

13.11.2024 14:36

Pakistan pavilyonunda silsilə görüşlər davam edir. 

TodayPress xəbər verir ki, “Fəlakətlərin İdarə Olunmasında İqlim Diplomatiyası vasitəsilə Dayanıqlığın Gücləndirilməsi” adlı tədbirdə Pakistanın Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının (NDMA) sədri general-leytenant İnam Haider Malik iştirak edib. 

Tədbirdə iqlim diplomatiyası və fəlakətlərə qarşı mübarizə xüsusi vurğulanıb. 

İqlim Diplomatiyası Mərkəzinin prezidenti Amna Munavvar Avan tədqiqat və inkişaf, iqlim dəyişmələrinin yaratdığı fəsadların azaldılması, iqlimə uyğunlaşma və  maliyyələşmə sahəsində müxtəlif əməkdaşlıq ideyalarını təklif edib. 

NDMA Pakistanın fəlakət riskinin effektiv azaldılması və davamlılığın yaradılması üçün birgə fəaliyyətə və iqlimə uyğun yanaşmalara sadiqliyini vurğulayıb. 

Bildirilib ki, iqlim diplomatiyası qlobal əməkdaşlığın inkişafı və iqlimlə bağlı fəlakətlərin həlli üçün resursların təmin edilməsində əsas strategiya kimi əhəmiyyətli rol oynayır. Diqqətə çatdırılıb ki, Pakistan iqlim dəyişikliyinin həssas icmalara təsirlərini aradan qaldırmaq və azaltmaq üçün bir vasitə kimi iqlim diplomatiyasında fəal iştirak edir.

Töhfə Səməd

tag: Özbəkistan,NDMA, Amna Munavvar Avan , COP29,Haider Malik, todaypress.az,