Görənləri heyrətləndirən Bakı Ağ Şəhər pavilyonu - FOTOLAR

COP

18.11.2024 17:55

Bakıda keçirilən COP29 konfransının "Yaşıl Zona"sında qurulan 56 povilyonda həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət  sektorlarına məxsus stendler var. 

TodayPress xəbər verir ki,burada ən diqqətçəkən layihələrdən biri də Ağ şəhər layihəsidir.

Layihənin qurulması ətraf mühitin qorunması məqsədi daşıyır. 

Bu da onun Azərbaycanın unikal layihələrindən biri olduğunu deməyə əsas verir. 

Ağ şəhər layihəsinə start veriləndə ətraf mühitin qorunması, təbiətin yaşıl qalması üçün lazım olan detallar nəzərdə tutulub. 

Ağ şəhər layihəsini təqdim edənlər məlumat verdilər ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı" çərçivəsində köhnəlmiş sənaye obyektlərinin şəhərin hüdudlarından kənara çıxarılması, çirklənmiş torpaqların təmizlənməsi və sahilyanı bulvarın abadlaşdırılması işləri həyata keçirilib. 

Layihənin konsepsiyasının formalaşdırılmasında memarlıq rəngarəngliyi, ekoloji uyğunluq kimi mühüm istiqamətlər əsas götürülüb. 

Bakı Ağ şəhər layihəsi ekoloji təhlükəsizlik baxımından öz infrastrukturundan səmərəli istifadə nümunəsidir. Çirklənmiş torpağın bərpa olunması ilə ərazidə ekoloji çirkləndirmə amilləri aradan götürülüb. 

1650 hektar ərazini əhatə edən, ekoloji təmiz zonada həyata keçirilən Ağ şəhər dünyanın ən iri müasir layihələrindən biridir. 

Günəş Mərd

tag: Ağ Şəhər, Pavilyon, COP29,Layihə,Azərbaycan, todaypress.az,

photo