“Futbol sehrbazı” COP29-dakı pavilyonları ziyarət etdi - FOTO
COP
13.11.2024 16:00
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo Bakıda COP29 məkanındakı pavilyonları ziyarət edib.
TodayPress xəbər verir ki, futbolçu həmçinin Heydər Əliyev Fondunun stendinə baxıb.
Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə dünya çempionu olub. Peşəkar karyerasına ölkəsində, "Qremio"da başlayan 44 yaşlı keçmiş yarımmüdafiəçi Fransada PSJ, İspaniyada "Barselona", İtaliyada "Milan" kimi klubların formasını geyinib.
O, 1999-2013-cü illərdə Braziliya yığmasında 97 matçda 33 qolla yadda qalıb.
tag: COP29,Ronaldinyo , Ziyarət, Bakı, Barselona, İtaliya, Milan, todaypress.az,
![photo](/uploads/news/6734932e86b41.jpg)
![photo](/uploads/news/673493404dfce.jpg)