Ermənistandan COP29-a kim qatılacaq? - İrəvandan açıqlama

COP

11.11.2024 16:00

“Hələ bir qərarımız yoxdur, COP29-da iştirak edib-etməyəcəyimiz və hansı səviyyədə qatılacağımız barədə qərar olanda məlumat verəcəyik”.

TodayPress xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.

Ölkə rəsmisi qərar qəbulunun prosesin dinamikasından asılı olduğunu, indiki məqamda konkret problem görmədiyini vurğulayıb.

“Hazırda ümumi nizamlanma prosesi ətrafında baş verən hadisələrlə bağlı hər şey şəffafdır, əlavə şərhlərə ehtiyac görmürük” Kostanyan bildirib.

tag: Ermənistan, COP29,Vaan Kostanyan ,Xarici İşlər Naziri, todaypress.az,