Ərdoğan Azərbaycana səfərə gəldi
COP
12.11.2024 01:45
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasında (COP29) iştirak etmək üçün noyabrın 11-də Azərbaycan
Respublikasına səfərə gəlib.
TodayPress xəbər verir ki, Heydər Əliyev Beynəlxalq
Aeroportunda qonağı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi
şəxslər qarşılayıblar.
Xatırladaq ki, daha əvvəl dövlət başçısı İslam Əməkdaşlıq
Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək
məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda olmuşdu.
tag: Heydər Əliyev Beynəlxalq Aeroport, Ərdoğan, Ceyhun Bayramov,COP29,