Elnur Soltanov: “Azərbaycana 200 milyard ABŞ dolları həcmində investisiya lazımdır”

COP

31.10.2024 11:45

“2050-ci ilə qədər sıfır xalis emissiyaya nail olmaq üçün Azərbaycana 200 milyard ABŞ dolları həcmində investisiya lazımdır”.

TodayPress xəbər verir ki, bunu bunu energetika nazirinin müavini, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) baş icraçı direktoru Elnur Soltanov “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu zamanı deyib. 

Onun sözlərinə görə, qərarlar daha qətiyyətli olmalı və arxasında böyük investisiyalar dayanmalıdır:

“Bəzi rəqəmlər doğrudan da təəccüblüdür. Məsələn, xalis sıfır yanaşması qaçılmazdır - başqa yolumuz yoxdur, əks təqdirdə dünyanı məhv etmiş olarıq. 2050-ci ilə qədər xalis sıfıra çatmaq üçün 40 meqavat/saatdan çox günəş və külək enerjisi lazımdır. Bu isə Azərbaycanda qurulmuş bütün potensialın 5 qatıdır. 2050-ci ildə ölkənin elektrik enerjisi istehlakının 89 teravat/saata çatması gözlənilir. Hazırda bu göstərici 33 teravatdır, yəni üç dəfə artacaq”

Qeyd edək ki, tədbir İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. 

Töhfə Səməd

tag: Elnur Soltanov, Azərbaycan, BMT, İqtisadiyyat,COP29, todaypress.az,