Eldar Əzizov: “Tədbirlər görülür ki, bir də belə vəziyyət təkrarlanmasın”
COP
12.11.2024 10:38
"Bakı Şəhər İcra Hakimiyyəti qurumlarla əməkdaşlıq edib tədbirlər görürür ki, normadan artıq yağış yağdığı zamanı mənfi hallar baş verməsin".
TodayPress xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov COP29 tədbirində bildirib.
"Hadisə baş verən “Sabunçu keçidi” adlanan ərazidəki tunel "Azərbaycan Dəmir Yolları" QSC-nin balansındadır. Baş Prokurorluq tərəfindən orada iki nəfərin ölümü ilə bağlı istintaq aparılır. Nəticə haqqında sizə məlumat verəcəyik" deyə o, əlavə edib.
Xatırladaq ki, bir müddət əvvəl ki, Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə iki nəfər həyatını itirmişdi.
Günəş Mərd