Deputat: “Ekoloji cəhətdən çətinlik çəkən ölkələrə dəstək olmalıyıq”
COP
06.11.2024 10:30
“Ekologiya ilə bağlı işlərin təməli hələ 1969-cu ildən qoyulub”.
TodayPress xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı”na həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, COP29-da müzakirə olunan əsas məsələlərdən biri də maliyyənin toplanması və dərhal ehtiyacı olan ölkələr üçün sərf edilməsidir.
Dünyada müharibə və münaqişələrə xərclənən vəsaitlər COP29-da hədəflənən pul miqdarından qat-qat çoxdur. Buna görə də mütləq ki, vəsaiti düzgün yönləndirməli, ekoloji cəhətdən çətinlik çəkən ölkələrə dəstək olmalıyıq.
Töhfə Səməd
tag: Deputat, Sadiq Qurbanov, Azərbaycan, ESG,COP29, todaypress.az,