Deputat: “Dünya üzərində aktiv 52 qarşıdurma mövcuddur”
COP
31.10.2024 10:43
“Ekoloji problemlərin başında müharibələr və ölkələr arasındakı münaqişələr dayanır. Hazırda Azərbaycanda belə bir problem mövcud olmasa da, dünya üzərində aktiv 52 qarşıdurma mövcuddur”.
TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda keçirilən 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqu zamanı deyib.
Onun sözlərinə görə, ölkələr birgə çalışmalı və addımlamalıdır. COP29 bizə imkan verəcək ki, birgə işlərin görülməsi üçün anlaşmalar əldə edilsin və müqavilələr bağlansın. Bu dünya bizim üçün yaradılıb, biz də onu gələcək üçün qorumalıyıq.
Qeyd edək ki, tədbir İqtisadiyyat Nazirliyinin və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Töhfə Səməd
tag: DİM, COP29, Azərbaycan, Milli Məclis, Deputat, todaypress.az,