COP29 Yaşıl Zona biletləri artıq satışdadır
COP
10.11.2024 13:58
COP29 Sədrliyi tərəfindən təşkil və idarə
olunan, eləcə də icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığı
ehtiva edən Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin -
dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli
icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil
olduğu geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.
TodayPress xəbər verir ki, müxtəlif sahələrdə
dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələr
üçün platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə
həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş
iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə
QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın
genişləndirilməsini də təşviq edir.
İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər üçün
açıq olan Yaşıl Zonaya biletləri
Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29
rəsmi veb-saytının
tag: COP29, Yaşıl Zona, Bilet, Satış, todaypress.az,