COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olundu
COP
23.11.2024 21:12
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının yüksək səviyyəli təşkilinə
görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul
olunub.
TodayPress xəbər verir ki, COP29-un prezidenti
Muxtar Babayev layihəni səsverməyə çıxarmağı təklif edib.
Nəticədə qətnamə layihəsi təsdiq edilib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)
bağlanış plenar sessiyası keçirilir.
Xatırladaq ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi
ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında
verilib. Bakıda COP29 noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət
Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli
sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan
maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı
ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.
tag: COP29, Azərbaycan, Bakı, Bağlanış, BMT, todaypress.az,