COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
COP
23.11.2024 21:52
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Paris
Sazişinin 6.4 və 6.2-ci maddələri qəbul edilib.
TodayPress xəbər verir ki, bu barədə qərar bu gün
keçirilən plenar iclasda qəbul edilib.
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)
bağlanış plenar sessiyası keçirilir.
Xatırladaq ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi
ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında
verilib. Bakıda COP29 noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət
Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli
sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan
maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı
ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.
tag: COP29, Muxtar Babayev,BMT, Azərbaycan, todaypress.az,