COP29 üçün 3500 media nümayəndəsi qeydiyyatdan keçdi
COP
08.11.2024 20:49
BMT-nin Bakıdakı İqlim Konfransında (COP29) 3500
media nümayəndəsi qeydiyyatdan keçib.
TodayPress xəbər verir ki, bunu Prezidentin köməkçisi
Anar Ələkbərov jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, COP29 zamanı gərəkli məlumat əldə
etmək üçün 9 məlumat mərkəzi yaradılıb.
Həmçinin xüsusi olaraq, yanğın, tibbi və fiziki məhdudiyyətli şəxslər üçün xüsusi
maşınlar ayrılıb. Bir-birini əvəzləyən 2 xüsusi datalar quraşdırılıb.
Qeyd edək ki, COP29 beynəxalq konfrasında indiyədək
61 ölkənin prezidenti iştirakını təsdiq edib.
Beynəlxalq
konfrans 11-22 noyabrda Bakıda baş tutacaq.
Aynur TAC
tag: Anar Ələkbərov, Media, COP29, Data, todaypress.az,