COP29 sədrliyinin komandası Almaniyada görüş keçirdi
COP
06.06.2024 19:50
İyunun 6-da Almaniyanın Bonn şəhərində BMT-nin Beynəlxalq İqlim Konfransı çərçivəsində COP29 sədrliyinin komandası az inkişaf etmiş ölkələr üzrə danışıqlar qrupunun nümayəndələri ilə ikitərəfli görüş keçirib.
TodayPress xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev görüşdə Azərbaycanın COP29 gündəliyində duran əsas məsələlər barədə məlumat verib.
Görüşdə, həmçinin ən az inkişaf etmiş ölkələr qrupunun iqlim dəyişmələrinə təsir kontekstində əsas ehtiyacları dinlənilib və COP 29-dan gözləntilər ətrafında müzakirələr aparılıb (azərtac).
tag: COP29, Azərbaycan, Almaniya, BMT, todaypress.az,