COP29 Sədrliyi Dünya Hökumət Sammitində iştirak etdi

COP

11.02.2025 18:23

1554

COP29 Sədrliyi iqlim maliyyələşməsi çərçivəsində 1,3 trilyon ABŞ dolları məbləğində vəsaitin səfərbər edilməsinin müzakirəsi üçün Dubayda keçirilən Dünya Hökumət Sammitində (WGS25) iştirak ediblər.

TodayPress xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

"COP29 Sədrliyi Dubayda keçirilən "World Government Summit" tədbirində iştirak edərək dünya liderləri və hökumətlərlə birlikdə bütün maraqlı tərəfləri COP29-un maliyyə hədəfinə nail olunması və tələb olunan 1,3 trilyon dolların səfərbər edilməsi üçün sıx əməkdaşlığa çağırır" məlumatda qeyd olunub.

tag: COP29 ,Sədr,ABŞ ,WGS25,Dubay,todaypress.az,