COP29 Sədrliyi bəyanat yaydı
COP
22.11.2024 20:00
Azərbaycanın COP29 Sədrliyi Bakıda keçirilən
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının
29-cu sessiyasının yekunlarına dair bəyanat yayıb.
TodayPress
xəbər verir ki, bəyanatda COP29 Sədrliyinin il ərzində inkişaf etməkdə olan
Tərəf ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə alaraq ədalətli və
ambisiyalı yeni iqlim maliyyəsi məqsədini reallaşdırmağa çalışdığı vurğulanıb.
“Biz
səhər erkən saatlarına qədər geniş və əhatəli məsləhətləşmələr apardıq. Biz
bütün qruplara dünən səhər yaydığımız mətn paketi ilə bağlı münasibət bildirmək
üçün şərait yaratdıq və onların konstruktiv iştirakına görə onlara
minnətdarlığımızı bildiririk.
Həmçinin bildirilib ki,
Tərəflərin göstəricilərinin ilk təzahürü olaraq Yeni Kollektiv Kəmiyyət Məqsədi
ilə bağlı qərarda Tərəflərin hamısına 2035-ci ilə qədər bütün dövlət və özəl
mənbələrdən iqlimlə bağlı fəaliyyət üçün inkişaf etməkdə olan ölkələrə
maliyyələşdirməni ildə ən azı 1,3 trilyon ABŞ dollarına çatdırmaq üçün birlikdə
işləməyə dəvət yer alıb.
Bu
qərar özündə, eyni zamanda, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan
ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin
birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək 250 milyard ABŞ dollarına
çatdırılması məqsədini ehtiva edir.
tag: COP29, Bəyanat, ABŞ, Bakı, Azərbaycan, todaypress.az,