COP29 proqramının təfərrüatları açıqlandı
COP
09.11.2024 20:56
11-22 noyabr tarixlərində keçiriləcək COP29
konfransının proqramı konfransın rəsmi veb-saytında yerləşdirilib.
Bu barədə TodayPress-ə COP29 Əməliyyat Şirkətinin
mətbuat xidmətindən bildirilib.
COP29 konfransı rəsmi olaraq həm Mavi, həm də Yaşıl
Zonalarda keçiriləcək tədbirlərin
Proqram, rəsmi danışıqların aparılacağı və qərarların
qəbul ediləcəyi Mavi Zona və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi,
seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl
Zonanı əhatə edir. Proqramda iqlim maliyyəsi, adaptasiya, mitiqasiya və
texnologiyalar və bir sıra digər müxtəlif mövzulara yer verilib.
Mavi Zonada rəsmi danışıqların planlaşdırılması BMT-nin
İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunsa
da, bu zonanın akkreditasiyadan keçmiş iştirakçıları üçün öz tədbir və
proqramlarını təqdim edən bir neçə ölkə pavilyonu da mövcuddur. 13-22 noyabr
tarixlərində Azərbaycan pavilyonunda maliyyə, enerji, elm, insan kapitalı və
nəqliyyat da daxil olmaqla, həm dövlət, həm də özəl sektorlardan olan bir sıra
əsas maraqlı tərəflərin rəhbərliyi ilə tematik günlərdə çoxsaylı sessiyalar
keçiriləcək. Həm dövlət, həm də özəl sektorlardan bir sıra maraqlı tərəflər bu
sessiyalara rəhbərlik edəcək.
Yaşıl Zona ziyarətçiləri hər bir tematik günə uyğun
olaraq panel müzakirələri və seminarlarda iştirak edərək təcrübə qazana
biləcəklər. COP29-un rəsmi tərəfdaşları Yaşıl Zonada iqlim müzakirələrini
təşviq etmək və həm dövlət, həm də özəl sektorlardan olan maraqlı tərəflər
arasında fəaliyyəti stimullaşdırmaq üçün onlara verilən bu imkanı səmərəli
dəyərləndirəcəklər.
tag: COP29, Proqram, Yaşıl Zona, Mavi Zona, todaypress.az,