COP29-da nüvə sınaqlarına etiraz aksiyası keçirildi - FOTO
COP
18.11.2024 15:08
COP29 çərçivəsində müstəmləkə ərazilərində nüvə sınaqlarına etiraz olaraq aksiya təşkil edilib.
TodayPress xəbər verir ki, aksiyada üzərində Afrikada müstəmləkəçiliyin mənfi təsirləri, Fransız Polineziyasında nüvə sınağı, Nigerdə uran hasilatı, Yeni Kaledoniyada nikel mədəninin ətraf mühitə təsiri, Fransız Qvineyasında zərərli maddələrin çaya axıdılmasını əks etdirən fotoşəkillər göstərilib.
Aksiya iştirakçıları nüvə sınaqlarına etirazlarını bildirərək şüarlar səsləndiriblər.
Günəş Mərd
tag: COP29, Aksiya,Afrika, Etiraz, Fransa, Nüvə, todaypress.az,