COP29-da nüvə enerjisi əleyhinə aksiya keçirildi - FOTO

COP

21.11.2024 13:55

COP29-un Mavi zonasında nüvə enerjisinin istifadəsinin genişləndirilməsi əleyhinə aksiya keçirilib.

TodayPress xəbər verir ki, aksiyanın təşkilatçısı "Nuclear power is not the Answer!" beynəlxalq təşkilatıdır.

Fəallar nüvə enerjisinə qarşı "son dərəcə çirklənmə", "həddindən artıq təhlükə", "bahalılıq" və "həddindən artıq lənglik" kimi əsas tezisləri irəli sürürlər.

Aksiya iştirakçılarının sözlərinə görə, nüvə enerjisi o qədər bahalıdır ki, əgər bu texnologiyalar beynəlxalq bazara çıxarılsaydı, gəlir gətirmədiyinə görə mövcudluğunu dayandırardı. Qeyd edilib ki, nüvə enerjisi həddindən artıq təhlükəlidir və ətraf mühiti qalıq yanacaqdan heç də az çirkləndirmir.

tag: COP29, Aksiya, Mavi Zona, Nüvə Enerjisi, todaypress.az,

photo
photo