COP29-da məhkəmələrin iqlim ədalətindəki rolu müzakirə olundu
COP
15.11.2024 17:34
Həssas ölkələrin iqlim ədaləti uğrunda mübarizədə bir araya gəlməsi və birləşməsi vacibdir.
TodayPress xəbər verir ki, bunu Pakistanın Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam “İqlim ədalətinə doğru məhkəmə yolları: Qlobal təhlil vasitəsilə iqlim dəyişikliyinin həllinə məhkəmə yanaşmaları” adlı tədbirdə deyib.
Alam qeyd edib ki, Asiya-Sakit Okean regionunda iqlim dəyişikliyi ilə mübarizədə məhkəmələrin həlledici və genişlənən rolunu araşdırmaq üçün hakimləri bir araya gətirən panel müzakirəsi uğurla təşkil edilib. O, məhkəmələrin iqlim ədalətinin həlli üçün həyati məkana çevrildiyini bildirib.
Pakistan Senatının İqlim Dəyişiklikləri üzrə Daimi Komitəsinin sədri, senator Şerri Rəhman vurğulayıb ki, Pakistan iqlimlə bağlı fəlakətlərə qarşı ən həssas ölkələrdən birdir.
Sessiyaya sədrlik edən Pakistan Ali Məhkəməsinin hakimi Mənsur Əli Şah iqlimin maliyyələşdirilməsinin indi fundamental insan hüququ olduğunu vurğulayıb.
Dünyanın hər yerindən tanınmış hakimlərin və hüquq ekspertlərinin iştirak etdiyi panel məhkəmə sistemlərinin iqlim ədalətinin inkişafında necə mühüm rol oynaya biləcəyini araşdırıb.
Töhfə Səməd
tag: Romina Xurşid Alam, COP29, Pakistan, Mənsur Əli Şah,Ali Məhkəmə, todaypress.az,