COP29-da keçirilən aksiyada 10 metrlik plakat açıldı - FOTO

COP

19.11.2024 09:23

Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində bu gün iqlim maliyyəsinin ədalətli şəkildə formalaşdırılması tələbi ilə aksiya keçirilib.

TodayPress xəbər verir ki, aksiyada "İqlim maliyyəsi üçün pul ver!", “İqlim dəyişikliyinin məsuliyyəti varlı ölkələrin üzərinə düşür!” və digər şüarlar səsləndirilib.

Aksiyada, həmçinin, "Detallı İqlim Fakturası" başlığı ilə 10 metr uzunluğunda pankart açılıb.

Töhfə Səməd

tag: COP29, Aksiya, Pankart,İqlim, Maliyyə, todaypress.az,

photo