COP29-da iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi məlum oldu
COP
01.11.2024 05:45
Azərbaycanda 11-22 noyabr tarixlərində
keçiriləcək COP29 sammitində iştirak edəcək ABŞ nümayəndə heyətinin tərkibi
məlum olub.
Bu barədə TodayPress ABŞ Dövlət Departamentinin
Qeyd olunub ki, 20-dən çox departament, agentlik və
təşkilatdan olan yüksək vəzifəli rəsmilərin daxil olduğu nümayəndə heyətinə ABŞ
Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta başçılıq
edəcək. Belə ki, rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderlik
mövqeyini vurğulamaq və güclü nəticələrinə nail olunması istiqamətində işləmək
üçün Bakıya səfər edəcəklər.
Məlumata əsasən nümayəndə heyətinin tərkibində kənd
təsərrüfatı katibi Tomas Vilsak, enerji katibi Cennifer Qranholm, prezidentin
köməkçisi və Ağ Evin milli iqlim müşaviri Ali Zaidi, Ağ Evin Ətraf Mühitin
Keyfiyyəti Şurasının sədri Brenda Mallori, enerji katibinin müavini David Turk,
daxili işlər üzrə katibin fəaliyyətdə olan müavini Laura Daniel Deyvis, dövlət
katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni
Yenkins və digərləri daxildir.
Həmçinin nümayəndə heyəti tərkibində iqlim dəyişikliyi,
silahlı münaqişə, maliyyə, ərzaq təhlükəsizliyi, gender, qlobal sağlamlıq,
ticarət və investisiya, gənclərlə bağlı fəaliyyət göstərən geniş sayda digər
ABŞ rəsmiləri də Bakıya səfər edəcəklər.
tag: Bakı, COP29 , Ağ EV, Con Podesta, todaypress.az,