COP29-da ISA-tərəfindən yeni təklif səsləndirildi - FOTO
COP
18.11.2024 15:05
COP29-un ikinci həftəsi öz işinə davam edir.
TodayPress xəbər verir ki, həftənin ilk günündə bir sıra pavilyonlarda görüşlər keçirilib.
Yeni təşəbbüslə çıxış edən Beynəlxalq Günəş Alyansının (ISA) koordinatoru Hadima Tivari diqqətə çatdırıb ki, təşkilat tərəfindən yeni üzən günəş sistemləri yaradılıb. Belə ki, bunlar su obyektində üzən konstruksiyaya quraşdırılmış günəş modullarıdır.
“Onun üstünlükləri əsasən, yüksək enerji istehsalı, suyun buxarlanmasının azalması, digər məqsədlər üçün istifadə olunan və indi yararsız halda olan su obyektlərindən istifadə etmək imkanlarını yaratmasıdır. ISA xüsusi ehtiyacları qarşılamaq və qlobal miqyasda bu kimi layihələri həyata keçirmək üçün çətinlikləri aradan qaldırmaq məqsədilə möhkəm Üzən Günəş Fotovoltaikləri (FSPV) çərçivəsini inkişaf etdirməyi hədəfləyir”.
Töhfə Səməd
tag: COP29,Hadima Tivari, Günəş Enerjisi,Günəş Modulları,ISA, todaypress.az,