COP29-da BMT rəsmisi G20 liderlərinə çağırış etdi
COP
16.11.2024 14:00
Qlobal səviyyədə iqlim maliyyəsinin səmərəliliyi üçün COP29 danışıqlar prosesi çərçivəsində və ondan kənarda iqlim dəyişikliyi ilə mübarizə tədbirləri zəruridir.
TodayPress xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stilin G20 sammiti ərəfəsində müraciətində deyilib.
Onun fikrincə, dünya G20 sammitinə istiqamətlənən liderlərdən iqlim dəyişikliyi ilə mübarizənin ən böyük iqtisadiyyatlar üçün vacib vəzifələrdən biri olduğuna dair qəti siqnallar gözləyir.
Onun sözlərinə görə, yaxşı xəbərlər də var - təkcə bu il “təmiz enerji” və infrastrukturun inkişafına məhz iki trilyon ABŞ dollarından başlayan vəsait yönəldiləcək.
"Bakıda danışıqlar iştirakçıları iqlim maliyyəsi sahəsində yeni hədəf üzərində gecə-gündüz işləyirlər. Keçiləcək uzun yol var. Lakin hər kəs COP-un başa çatmasına yarı yolda ona nə qədər yüksək diqqətin olduğunu yaxşı başa düşür" deyə müraciətində bildirilib.
S.Stil əlavə edib ki, COP29 danışıqlar prosesindən kənar iqlim maliyyəsi sahəsində irəliləyiş də az əhəmiyyət kəsb etmir və G20-nin rolu həlledicidir. O, hesab edir ki, gələn həftə keçiriləcək sammit qlobal səviyyədə son dərəcə aydın siqnallar göndərməlidir.
tag: COP29, Saymon Stil,BMT, ABŞ, G20, todaypress.az,