COP29-da 826 nəfərə tibbi xidmət göstərildi - FOTO

COP

27.11.2024 10:31

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində TƏBİB-in tabeliyindəki müəssisələrə tibbi xidmət üçün ümumilikdə 826 nəfərin müraciəti qeydə alınıb. 

Bu barədə TƏBİB-dən TodayPress-ə məlumat verilib. 

Qeyd olunub ki, tibb məntəqələrinə müraciət edənlərin sayı 199 nəfər, təcili yardım briqadalarına müaciət edənlər isə 492 nəfər təşkil edib. 107 nəfər ambulator, 28 nəfər isə stasionar müalicəyə cəlb olunub. Bir xarici vətəndaş üzərində Yeni Klinikada cərrahi əməliyyat (bridektomiya, appendektomiya, abses drenajı) uğurla icra olunub, kafi vəziyyətdə ambulator müalicə üçün buraxılıb. 

Asiya, Afrika, Avropa, Amerika, Avstraliya qitələri üzrə ümumilikdə 87 ölkədən əcnəbi vətəndaşların müraciəti qeydə alınıb. 

Müraciətlər əsasən, müxtəlif ağırlıq dərəcəsində travmalar, hipertenziyalar, qastroenteroloji patologiyalar, nevrotik–emossional reaksiyalar, müxtəlif orqan və sistemlərin alqoloji reaksiyaları, respirator virus infeksiyalarından ibarət olub.

Xatırladaq ki, konfrans çərçivəsində 60 təcili tibbi yardım briqadası tədbirin keçirildiyi müvafiq ərazilər üzrə xidmət göstərib.

tag: TƏBİB, COP29, Asiya, Afrika,Saziş, todaypress.az,

photo
photo
photo