COP29-da 300 milyard dollarlıq sövdələşmə?

COP

23.11.2024 14:00

Avropa İttifaqı (Aİ), ABŞ və digər inkişaf etmiş ölkələr 2035-ci ilə qədər qlobal maliyyə hədəfi təkliflərini ildə 300 milyard dollara qaldırmağa razılıq verdilər.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Bildirilib ki, sammit cümə günü (21 noyabr) başa çatmalı idi, lakin təxminən 200 ölkənin nümayəndələri, növbəti onillik üçün dünya iqlim maliyyə planı üzərində razılığa gəlmək üçün danışıqları davam etdirdikləri üçün vaxt uzadılıb. 

Adı açıqlanmayan 5 mənbə, Aİ-nin, eləcə də Amerika Birləşmiş Ştatlar, Avstraliya və Böyük Britaniyanın daha yüksək məbləği qəbul etməyə razı olduğunu bildirib. Lakin hazırda sözçülər danışıqlarla bağlı şərh verməkdən imtina edirlər. 

Danışıqların və nəhayət qərarın bu gün açıqlanması gözlənilir. 

Töhfə Səməd

tag: COP29, Avropa İttifaqı, ABŞ, Avstraliya, Sövdələşmə, todaypress.az,