COP29 çərçivəsində İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə tədbir keçirilir - FOTO
COP
18.11.2024 10:07
Bu gün Bakıda İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə COP29 Yüksək Səviyyəli Görüş keçirilir.
TodayPress xəbər verir ki, görüşdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreeva, elm və təhsil naziri Emin Əmrullayev, UNİCEF-in Tərəfdaşlıqlar üzrə İcraçı Direktorunun müavini Xanım Kitty Van der Heijden və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edir.
İqlim dəyişikliyi və onun insan inkişafına təsirlərinin yaratdığı mürəkkəb problemlərin həllinə təcili ehtiyac olduğunu qeyd edərək və bu problemlərin həllində çoxsektorlu yanaşmanın əhəmiyyəti etiraf edilməlidir.
Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) uyğun olaraq İqlimə Dayanıqlılıq üçün İnsan İnkişafı üzrə gündəliyin irəlilədilməsi üzrə ortaq öhdəlik bir daha xatırladılıb.
tag: COP29, BMT, UNİCEF, İqlim, Tədbir, todaypress.az,