COP28-in Prezidenti: “Gəlin birlikdə əməkdaşlıq və tərəfdaşlıq edək”

COP

11.11.2024 12:04

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu sessiyası Azərbaycanda növbəti uğurunu qazanacaq.

TodayPress xəbər verir ki, bunu COP28-in Prezidenti Sultan Ahmad Al-Jaber COP29-un açılış mərasimində deyib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı pozitiv olmaq lazımdır. Bizim əməllərimiz sözlərimizdən güclü olmalıdır: 

“Çin, Rusiya, Avropa, Aİ və Hindistandan olan iştirakçılar qlobal istehsalın 44%-dən çoxunu əhatə edir. Bu, dekomporasiya tarixində ən mənalı və əhatəli özəl sektor tərəfdaşlığıdır. Biz bu mühüm təşəbbüsə daha çox şirkətin qoşulmasını gözləyirik. 

COP28-də əldə etdiyimiz konsensus həqiqətən tarixi idi. Ancaq tarix bizi sözlərimizlə deyil, əməllərimizlə mühakimə edəcək. Gəlin dünyaya göstərək ki, bizim birləşmək üçün dissiminasiyamız var, hərəkət etmək məsuliyyətimiz var. Azərbaycanın dediyi və şüar etdiyi kimi "yaşıl dünya naminə" həmrəy olaq. Birlikdə əməkdaşlıq və tərəfdaşlıq edək. Bizim iqlim dəyişmələri kimi bir mövzuda çalışmağımız üçün iradəmiz olmalıdır”. 

Sonda COP28 Prezidenti sədrliyi Azərbaycana ötürdüyünü qeyd edib.

Töhfə Səməd

tag: Çin, Rusiya, Avropa, COP29, BMT,Sultan Ahmad Al-Jaber , todaypress.az,