Çinli rəssam: “Bakıda özümü doğma hiss edirəm”

COP

19.11.2024 12:30

Mənim ilk COP təcrübəmdir. Ona görə də çox həyəcanlıyam. Digər tərəfdən də özümü burada çox doğma hiss edirəm”.

Bunu TodayPress-ə verdiyi açıqlamada çinli rəssam Horiso Biyao deyib. 

Onun sözlərinə görə, Çin pavilyonu insanlara bir sıra yeniliklər təqdim edir. Onlardan biri də kağızların xüsusi fiqurlar halına gətirilib masaların hazırlanmasıdır. 

“Bu olduqca maraqlıdır. İnsanlar gəlib diqqətlə bu stollara baxırlar. Bu bizim üçün müvəffəqiyyət deməkdir. Mən həm də balaca yelpənəklərin üzərinə çin əlifbası ilə insanların adını yazıram. Onlar buna çox maraq göstərir. Bu da bizi xoşbəxt edir”. 

Töhfə Səməd

tag: COP29, Pavilyon, Çin, Rəssam, Horiso Biyao,todaypress.az,