Bu gündən COP29 iştirakçıları metrodan pulsuz istifadə edəcək

COP

06.11.2024 17:25

Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir.

TodayPress xəbər verir ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidir.

Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Bura avtobus, metro və dəmir yolu nəqliyyatı daxildir.   

Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Azərbaycanda keçiriləcək.

tag: Metro, Pulsuz, COP29,BMT, Nəqliyyat, Azərbaycan, todaypress.az,