Britaniya XİN başçısı: "COP29 razılaşması mühüm bir addımdır"

COP

24.11.2024 16:30

"COP29 razılaşması mühüm bir addımdır".

TodayPress xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Devid Lemmi özünün “X” sosial media şəbəkəsindəki paylaşımında yazıb.

“COP29 razılaşması mühüm bir addımdır. Yeni iqlim maliyyələşdirilməsi hədəfi qlobal iqlim tədbirlərini sürətləndirməyə kömək edəcək - bu isə həm Britaniyanın gələcək rifahı və təhlükəsizliyi, həm də planetimizi pisləşən iqlim böhranından qorumaq üçün həyati əhəmiyyət daşıyır” deyə nazir bildirib.

tag: COP29,Britaniya,Devid Lemmi,İqlim,XİN,todaypress.az,