“Bəşəriyyəti xilas etmək üçün bizim çox az vaxtımız var

COP

11.11.2024 14:55

1782

"COP29 konfransında əsas hədəfimiz iqlim maliyyəsinin təmin olunmasıdır".

TodayPress xəbər verir ki, bunu "Greenpeace South Asia" Təşkilatının icraçı direktoru Yeb Sano COP29 çərçivəsində "Greenpeace International" tərəfindən təşkil olunan mətbuat konfransında deyib.

Tədbirdə həmçinin "Greenpeace USA" Təşkilatının icraçı direktoru Suşma Ramanın videomüraciəti səsləndirilib. O, videomüraciətində iqlim dəyişikliyi ilə mübarizədə xalqlar, vətəndaş cəmiyyətləri, media nümayəndələri və hüquq müdafiəçilərinin effektiv rol oynamalı olduğunu qeyd edib. 

"Bəşəriyyəti xilas etmək üçün bizim çox az vaxtımız var. Yaradılmış imkandan ən yaxşı şəkildə istifadə etməliyik. Bizim başqa çıxış yolumuz yoxdur" deyə o, əlavə edib. 

Günəş Mərd

tag: COP29,Greenpeace South Asia, Suşma Rama,İqlim Maliyyəsi,Konfrans, todaypress.az,