Berbok: “İstixana qazı emissiya edən iri ölkələr məsuliyyət daşımalıdırlar”

COP

20.11.2024 12:00

İqlim böhranı indiki dövrün təhlükəsizlik siyasətinin ən böyük çağırışıdır.

TodayPress xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"COP29-dakı danışıqlar indiyədək heç də asan olmayıb. Biz Bakıda qitələr arasında iqlim koalisiyalarının formalaşması üzərində işləyirik. Yalnız birlikdə irəli gedə bilərik" o, vurğulayıb.

A.Berbok qeyd edib ki, Almaniya və Avropa qlobal iqlim keçidinin maliyyələşdirilməsində etibarlı tərəfdaş olaraq qalır. Lakin istixana qazı emissiya edən iri ölkələr məsuliyyət daşımalı və emissiyaların azaldılması, həmçinin iqlim maliyyələşdirilməsi sahəsində işləməlidirlər.

tag: İqlim,COP29,Annalena Berbok,Almaniya,todaypress.az,