Berbok: "İqlim böhranının nəticələri artıq milli sərhədləri aşır"

COP

21.11.2024 17:49

"Almaniya və Avropa tərəfləri iqlim gündəliyində uğur qazanmaq məqsədilə COP29-da fəal işləyir".

TodayPress xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"İqlim böhranı bütün digər çağırışlar kontekstində həm bu gün, həm də qarşıdakı onilliklərdə təhlükəsizlik siyasətinə ən böyük təhdiddir. Biz artıq onun təsirini bütün dünyada kəskin şəkildə hiss edirik və bilirik ki, əgər 1,5 dərəcə həddinə yaxınlaşa bilməsək, o, daha da güclənəcək. İqlim böhranı müasir dünyada təhlükəsizliyə ən ciddi təhdiddir və onun nəticələri milli sərhədləri aşır" deyə nazir bildirib.

A.Berbok Banqladeş və İspaniyanın Valensiya bölgəsində böyük dağıntılara səbəb olan son daşqınlara diqqət çəkib.

tag: COP29, Berbok, İqlim Böhranı, Almaniya, XİN, todaypress.az,