BELA: “Fələstində günahsız insanların qətliamı hələ də davam edir”
COP
11.11.2024 16:19
“Biz bu gün COP29-da Fələstinlə bir olduğumuzu, həmrəyliyimizi nümayiş etdirmək üçün buradayıq. Ötən il də eyni məqsədlə biz COP28-də iştirak etmişdik”.
Bu sözləri TodayPress-ə verdiyi açıqlamada, Banqladeş Ətraf Mühit Hüquqşünasları Assosiasiyasının (BELA) rəhbəri Liz Masson deyib.
Onun sözlərinə görə, bir il keçməyinə baxmayaraq Fələstində günahsız insanların qətliamı hələ də davam edir. Hər kəsin azad, sülh və əmin-amanlıq şəraitindən yaşamayınca, iqlim ədalətindən söz açmaq mənasızdır.
“Biz nə qədər müraciət etsək də Avropa İttifaqı kimi təşkilatlar bizə kifayət qədər maliyyənin olmadığını və dəstək ola bilməyəcəklərini bildirirlər. Bu isə qəbuledilməzdir. Biz çalışacağıq ki, COP29-da bütün məqsədlərimizə nail olaq” Banqladeş Ətraf Mühit Hüquqşünasları Assosiasiyasının (BELA) rəhbəri Liz Masson əlavə edib.
Töhfə Səməd
tag: Fələstin,BELA,Liz Masson, COP28, Prezident,COP29, todaypress.az,