Baş prokuror: “Planeti ekoloji cinayətlərdən qorumaq lazımdır”
COP
15.11.2024 12:45
"Planeti birgə əməkdaşlıq etməklə ekoloji cinayətlərdən qorumaq olar".
TodayPress xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev COP29-da "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.
Onun sözlərinə görə, Azərbaycanda da öz növbəsində ekoloji cinayətlərə qarşı ciddi sanksiyalar tətbiq olunur:
"Ekologiyanın mühafizəsinə qarşı ciddi tədbirlər görülməkdədir. Biz və həmkarlarımız mina ilə çirklənmiş ərazilərə 200-dən çox ağac əkdik. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə də ekoloji cinayətləri, dəyən zərəri araşdırırıq. İqlim tədbirləri çərçivəsində gələcək nəsillər üçün birgə çalışmaq lazımdır".
tag: Baş Prokuror, Kamran Əliyev, COP29, Azərbaycan, Ekologiya, todaypress.az,