Bakıda “Qarabağ” və Avropa klubları ilə birgə tədbir keçiriləcək

COP

12.11.2024 11:15

“Bizim gənc ekologiya elçilərimiz var. Onlar Bakı ilə yanaşı digər rayonlarda da müxtəlif tədbirlər həyata keçirirlər”. 

TodayPress xəbər verir ki, bunu jurnalistlərə verdiyi açıqlamada gənclər və idman naziri Fərid Qayıbov deyib. 

Onun sözlərinə görə, nazirlik bu il ərzində beynəlxalq tədbirin keçirilməsinə də nail olub. Bu zaman bir çox ölkələrin gəncləri ilə bir araya gəlinib. Bu yaxınlarda isə UNİCEF və İsveçrə səfirliyi ilə birgə tədbir baş tutub. 

“Hazırda “Yaşıl zona”da stendtlərimiz var. Hər gün orada gənclər üçün tematik tədbirlər keçiriləcək. 16-sında isə “Qarabağ” və müxtəlif Avropa klubları ilə bərabər tədbir keçirəcəyik”. 

Töhfə Səməd

tag: Fərid Qayıbov,UNİCEF,Yaşıl Zona, Qarabağ,İsveçrə, todaypress.az,