Azərbaycan səfiri İraq Kürdüstanı regionunun Baş nazirini COP29-a dəvət etdi

COP

10.09.2024 05:44

Azərbaycan İraqdakı səfiri Nəsir Məmmədov İraq Kürdüstanı regionunun Baş naziri Məsrur Bərzanini COP29-a dəvət edib.

TodayPress xəbər verir ki, bu barədə region hökumətinin mətbuat çixdməti bildirib.

“9 sentyabr 2024-cü il, bazar ertəsi Kürdüstan Regional Hökumətinin (KRH) Baş naziri Məsrur Bərzani Azərbaycan Respublikasının İraqdakı səfiri Nəsir Məmmədov ilə görüşüb. Görüş zamanı səfir Məmmədov Baş nazir Bərzaniyə 2024-cü ilin sonunda Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün rəsmi dəvət göndərib” məlumatda qeyd olunub.

Bildirilib ki, görüşdə “ikitərəfli münasibətlərin gücləndirilməsinə də diqqət yetirilib, hər iki tərəf Azərbaycan və Kürdüstan regionu arasında daha sıx əməkdaşlığı asanlaşdırmaq üçün konsulluq xidmətlərinin yaradılmasının vacibliyini vurğulayıb”.

“Baş nazir Bərzani genişlənmiş diplomatik və iqtisadi əlaqələrin qarşılıqlı faydalarını vurğulayaraq Azərbaycanla daha güclü tərəfdaşlığın təşviqinə sadiqliyini ifadə edib” mətbuat xidməti nəql edib.

 

tag: COP29, İraq,Kürdüstan,Səfir, Nasir Məmmədov,