Azərbaycan "Google" ilə COP29 üzrə prioritetləri müzakirə etdi
COP
29.07.2024 19:40
"Google" şirkəti ilə BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə
prioritetlər və dayanıqlı inkişaf həllərinin perspektivləri barədə müzakirələr
aparılıb.
TodayPress xəbər verir ki, bu barədə iqtisadiyyat
naziri Mikayıl Cabbarov özünün "Facebook" sosial şəbəkəsindəki hesabında
yazın.
"Google" şirkətinin nümayəndələri ilə müzakirələrimiz
mövcud əməkdaşlıq və potensial istiqamətlərdə əlaqələrin genişləndirilməsi
imkanlarını əhatə etdi" deyə nazir bildirib.
M.Cabbarovun sözlərinə görə, müzakirələrdə həmçinin innovativ təcrübələrin tətbiqi, bulud texnologiyaları üzrə birgə fəaliyyətin təşkili məsələləri əhatə olunub.
tag: Azərbaycan, COP29, Google, Mikayıl Cabbarov, todaypress.az,