Azərbaycan COP29-a qədər şəffaflıq hesabatını hazırlayacaq

COP

19.09.2024 11:35

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qədər Azərbaycan şəffaflıq hesabatını hazırlayacaq.

TodayPress xəbər verir ki, bunu COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Real Tv”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, COP29 çərçivəsində ölkələr şəffaflıq hesabatını təqdim edəcəklər. M.Babayev bildirib ki, bu sənədlər kifayət qədər vacibdir: 

"Bu, iqlim layihələri ilə bağlı hesabatdır. Azərbaycan çalışacaq ki, COP29-a qədər bu sənədi hazırlasın və təqdim etsin”.

Nazir onu da əlavə edib ki, COP29 çərçivəsində Azərbaycanda bir çox yaşıl layihələr təqdim olunacaq: 

"Bunların xeyli hissəsi Qarabağla bağlı olacaq. Digər regionlarla bağlı da layihələr var. COP29 Azərbaycanın özünü təqdim və təbliğ etməsi üçün yaxşı imkandır".

tag: COP29, BMT ,Muxtar Babayev ,Azərbaycan,İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ,todaypress.az,