Avstriyalı nazir: “İqlim mübarizəsi təcili və inklüziv tədbirlər tələb edir”
COP
19.11.2024 15:50
Beynəlxalq ictimaiyyət planetin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul etmək üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) kritik bir məqamda toplaşıb.
TodayPress xəbər verir ki, bunu Avstriyanın iqlimin mühafizəsi, ətraf mühit, enerji, innovasiya və texnologiyalar naziri Leonora Gevessler COP29 çərçivəsində yüksək səviyyəli iclasda bildirib.
Onun sözlərinə görə, iqlim mübarizəsi təcili və inklüziv tədbirlər tələb edir.
L.Gevessler vurğulayıb ki, iqlim maliyyəsinin məqsədi inkişaf etməkdə olan ölkələrə transformasiya və iqlim dəyişikliyinin məhvedici nəticələri ilə mübarizədə dəstək verməkdir.
tag: BMT, COP29, Avstraliya, Nazir, Leonora Gevessler, todaypress.az,