Avropa İttifaqının komissarı: “COP29-u səbirsizliklə gözləyirəm”
COP
11.10.2024 18:10
“Reallıq ondan ibarətdir ki, hələ görüləcək çox iş
var. Lakin mən əminəm ki, biz bunun öhdəsindən uğurla gələcəyik. “BƏƏ
konsensusu”na nail olmaq üçün daha çox iş görəcəyik”.
TodayPress xəbər verir ki, bunu Avropa İttifaqının
(Aİ) İqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra ADA Universitetində çıxışı
zamanı deyib.
Onun sözlərinə görə, COP29-da da bizim ən böyük hədəfimiz
Afrika ölkələri üçün ciddi maliyyə yardımlarını toplamaqdır. Çünki onlar daha
yaxşı təhsil almalı və təmiz şəraitdə yaşamalıdırlar. Buna görə də COP29-da
iştirak edən bütüm tərəflərin üzərinə böyük məsuliyyət düşür.
“Mən inanıram ki, COP29-da ötən il Dubayda baş tutan
konfransda əldə edilən nəticələrin davamlılığı və inkişafı təmin ediləcək. Ötən
il xüsusi olaraq yadda qaldı. Çünki biz bir sıra razılıqlar əldə etdik. Buna
görə də, COP29-u səbirsizliklə gözləyirəm. Hələ görəcəyimiz çox iş var”.
Qeyd edək ki, tədbirdə bir sıra səfirlik nümayəndələri,
universitet tələbələri iştirak edir. Görüş çərçivəsində komissar iştirakçıların
suallarını cavablandırıb.
Töhfə Səməd
tag: Avropa İttifaqı, COP29,Vopke Hoekstra,ADA Universiteti, todaypress.az,