Asiya xalqları COP29-da aksiya keçirdi

COP

14.11.2024 09:26

“Biz hazırda Borc və İnkişaf üzrə Asiya Xalq Hərəkatı olaraq aksiya keçiririk. Bu, qlobal şimal hökumətlərindən ildə 5 trilyon iqlim maliyyəsi tələb edən, 11 iyunda Bonnda başlanan ödəniş kampaniyasının bir hissəsidir”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada hərəkatın təşkilatçısı İzabel Rodriqo deyib. 

Onun sözlərinə görə, bu ilki iqlim maliyyəsi hədəfini tamamlamaq üçün Yeni Kollektiv Kəmiyyətli Məqsəd (NCQG) yaradılıb və bu, hökumətlər tərəfindən həmin ilin sonuna qədər müzakirə olunacaq. Qlobal Cənubdakı iqlim böhranının xərclərini ödəmək isə onların məsuliyyətinin bir hissəsidir. 

“NCQG qalıq yanacaqların mərhələli şəkildə dayandırılması, bərpa olunan enerjiyə keçid, iqlim risklərinə qarşı dayanıqlığın yaradılması və zərərin aradan qaldırılması xərclərini əhatə edir. Bundan başqa, Paris razılaşmasında da təkrarlanan daha kasıb ölkələrə iqlimlə bağlı ildə 100 milyard dollarlıq yardımın göstərilməsi də bura daxildir. Belə ki, hökumətlər bu il yeni iqlim maliyyəsi hədəfi, Vanatu, Banqladeş, Filippin kimi inkişaf etməkdə olan ölkələrdən qlobal Cənub hərəkətləri ilə bağlı danışıqlar apararkən, qlobal Şimalın tarixi emissiyalarına görə məsuliyyət daşımasını və iqlim xərclərini ödəməsini tələb edirlər. Biz də Asiya xalqları olaraq öz pullarımızı tələb edirik. Həmin maliyyələr bizim üçün də ayrılmalıdır. Supergüclər bizi görməzdən gəlməməlidir”.

Töhfə Səməd

tag: Asiya, Aksiya, Şimal, Xalq, NCQG, todaypress.az,