Annalena Berbok: “İqlim dəyişikliyi ilə mübarizədə maliyyə və mitigasiya əsas rol oynayır”
COP
22.11.2024 15:44
Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində noyabrın 22-də keçirilən mətbuat konfransında aparılan müzakirələrin əsas istiqamətləri barədə danışıb. O, konfransın əsas məqsədinin maliyyə məsələlərini həll etmək olduğunu vurğulayıb.
TodayPress xəbər verir ki, A.Berbok iqlim dəyişikliyi ilə mübarizədə 1,5 dərəcə hədəfinin qorunmasının vacibliyinə diqqət çəkib. O, keçən il Dubayda əldə edilən razılaşmaların qorunub saxlanılmasının və onlara əsaslanaraq gələcək maliyyələşdirmə sistemlərinin inkişaf etdirilməsinin vacibliyini bildirib. Vurğulayıb ki, iqlim maliyyələşdirilməsi yeni enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və köhnəlmiş enerji mənbələrinin mərhələli şəkildə aradan qaldırılması ilə əlaqələndirilməlidir.
Nazir Avropa İttifaqının bu istiqamətdə liderlik etməyə hazır olduğunu və 2035-ci ilə qədər öz öhdəliklərini yerinə yetirəcəyini qeyd edib.
A.Berbok Avropanın yalnız öz öhdəliklərini yerinə yetirməklə kifayətlənməyəcəyini, həm də bütün dünyada iqlim ədalətini təmin etmək üçün qlobal əməkdaşlıq axtarışında olacağını bildirib.
tag: COP29,Annalena Berbok ,İqlim, Nazir,Almaniya, todaypress.az,